Ölkədə müraciət etmədiyimiz instansiya qalmadı, lakin bu dəfə də sadə azərbaycanlının köməyinə Mübariz Mənsimov gəldi.
Yarıtmaz səhiyyəmizin növbəti gənc qurbanı…
Qənirə Ataşova yazır:
Natavan çox abırlı adam idi. Dərdini özü çəkirdi. Problemini şoulaşdırmadı. Amma köməyə ehtiyacı var idi. AZTV-dən aldığı 1000 manatı səhhətinə xərcləyirdi. Amma hər birimiz bilirik, bu məbləğ xərcəng xəstəliyi üçün müalicədə yetərsiz idi. Onu Bakıda Toma adlı bir həkim əməliyyat etmişdi. Əməliyyatdan sonra bədənində səpkilər yarandı. 7 ay həmin həkim səpkilərə allergiya deyib müalicə etdi. Onun getdiyi allergoloq 3 dəfə Natavana səndəki problem onkolojidir dedi. Onkoloq xanım isə Natavana əksini dedi. Beləcə Natavan Türkiyəyə dünyaca tanınmış onkoloq Gül Başaranın yanına getdi. Professor ona bu səpkilər metastazdır dedi. Acı Badəm xəstəxanasında müalicə almaq üçün ölkədə müraciət etmədiyimiz instansiya qalmadı. Amma səsinə səs verən olmadı. Bu barədə Mübariz Mənsimova xəbər tutdu. Həmişə olduğu kimi, Mübariz Mənsimov bu dəfə də sadə azərbaycanlının köməyinə gəldi. Natavan xanımım müalicə xərclərini ödədi. İgidin haqqını itirmək olmaz. Mübariz Mənsimova Natavanın ailəsi və dostları adından minnətdarlığımı bildirirəm. Amma aqressiv irəlləyən xəstəlik onu bizdən aldı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.