Rəşad Dağlının övladları Prezidentə videomüraciət edib. Qısa videomüraciəti həyəcansız izləmək olmur. 5 dil bildiyini deyən Yusif bacısı ilə özəl məktəbdə oxuduğunu, atasının həbsi səbəbilə təhsilinin yarıda qala biləcəyini deyib. Ölkə başçısına nəvələri yaşında olduğunu bildirən meyxanaçının övladı həm də baba kimi ölkə başçısına müraciət edərək, atasının şərə düşdüyünü qeyd edir, işə ədalətli baxılmasını, atası üçün ən yüngül cəzanı xahiş edir. Azadmedia.az Yusifin ürəkdağlayan müraciətini təqdim edir