AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərsu” ASC-nin sabiq sədrinin adının mediaya çıxarılması heç bir məntiqə sığmır

  • + A
  • - A
  • 24-07-2023, 13:30

    “Azərsu” ASC-nin sabiq sədrinin adının mediaya çıxarılması heç bir məntiqə sığmır

    Bir neçə gündür ki, ayrı-ayrı media qurumlarında Bakı şəhərinin Xətai rayonunda fəaliyyət göstərən “Diaqnoz” Tibb Mərkəzində şüa-rentgen diaqnostikası üzrə həkim vəzifəsində çalışan Çingiz Məmmədovun, xidməti otağına gələn xanıma qarşı (əgər edibsə) seksual xarakterli zorakılıq hərəkətləri əməlinə qol qoyması barədə məqalələr yayımlanıb. Yayımlanan məqalələrdə qeyd olunur ki, adı çəkilən bu səhiyyə müəssisəsi “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynova məxsusdur. Baş verən olayla bağlı Xətai Rayon Məhkəməsinin hökmü ilə Çingiz Məmmədovun törətmiş olduğu iddia olunan cinayət əməli sübuta yetirilmədiyindən, məhkəmədə bu şəxs barəsində bəraət hökmü çıxarılır. Çıxarılmış hökmdən narazı qalan prokuror apelyasiya protesti verir və Çingiz Məmmədov barəsində Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə ittiham irəli sürülməsini, ona qarşı ağır cəza təyin olunmasını istəyir.

    Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun verdiyi apelyasiya protesti və zərərçəkmiş şəxsin şikayəti təmin olunmur. Beləliklə məsələ qapanır. Məsələnin diqqəti cəlbedən tərəfi ondan ibarətdir ki, məqalə müəllifləri yaşanan olayın varlığını dolayısı yolarla fırladıb “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun adı ilə bağlayırlar. O halda ortaya belə bir sual çıxır ki, əgər iddia olunan olay baş veribsə, bunun “Azərsu” ASC-nin sabiq sədrinə nə aiddiyatı var? Məgər, hansısa həkim səhv addımını atırsa, məhz həmin həkimin hərəkətlərinə Qorxmaz Hüseynov cavabdehlik daşımalıdır? Bu qədər ucuz və cılız addım atmaq, heç də bir kimsəyə başucalığı gətirməz! Digər tərəfdən, Çingiz Məmmədov tibb sahəsinə həvəs göstərib təhsil alanda, “Hippokrat andı”na anda içəndə, yaxud da həkimlik fəaliyyətinə başlayanda Qorxmaz Hüseynovun verdiyi qərar əsasında addımlarını atıb? Əlbəttə ki, yox! Deməli, bu şəxsin əvvəlki istək və hərəkətlərinin “Azərsu” ASC-nin sabiq sədrinə heç bir aidiyyatı yoxdursa, bugünkü addımlarının (təkrar qeyd edirik ki, əgər həmin addımını atıbsa) niyə aidiyyatı olmalıdır? Axı, Çingiz həkim müəyyən yaş həddinə çatmış bir şəxsdir və belə bir səbəbdən də o, atdığı hər addımında, düşüncəsində, fikir və mülahizələrində və s. müstəqildir. Bu belə olduğu halda, qeyd olunan olayı əlində “bayraq edib” müəyyən oxucuların “gözlərinə soxmağa” çalışan bəzi media nümayəndələri, görəsən bu cür yanaşmaları ilə nəyə nail olmaq istəyirlər? Əgər onlar Qorxmaz Hüseynov hədəf seçiblərsə, yaxud da seçmək istəyirlərsə, bu cür yanaşma heç də onlar üçün düzgün yanaşma deyil. Çünki, 18 yaş həddini keçən hər kəs tam fəaliyyət qabiliyyətlidirsə, deməli həmin şəxs atdığı addımlarına görə özü cavabdehlik daşıyır. Son olaraq onu qeyd etmək istəyirik ki, əgər “Diaqnoz” Tibb Mərkəzində seksual xarakterli zorakılıq hərəkətlərinə qol qoyulubsa, bu işlə bağlı Qorxmaz Hüseynovun adının mediaya çıxarılması heç bir məntiqə sığmır. Eyni zamanda bu şəxsin adının hallandırılması, həm də yalnışlıqdan başqa bir şey deyil.

    Xəlil Xəlilov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR