AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda ağac aşdı, bir nəfər xəsarət aldı - FOTO

  • + A
  • - A
  • 26-07-2023, 13:53



    Bakının mərkəzi küçəsində irigövdəli ağac aşıb.

    Bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. Bildirilib ki, hadisə paytaxtın Səbail rayonu, Nizami küçəsində qeydə alınıb.

    Güclü külək nəticəsində aşan ağac səkidə hərəkət edən piyadanın üzərinə düşüb. Xəsarət alan şəxsə yaxınlıqdakı insanlar tərəfindən yardım edilib.

    Hadisə ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyindən də məlumat təsdiqlənib. Qeyd edilib ki, müvafiq araşdırma aparılır.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumatda isə ağacın hansı səbəbdən aşması, çürük olub-olmadığı haqqında dəqiqləşdirmə aparıldığı bildirilib.
    Sosial şəbəkələrdə yayılan görüntüləri təqdim edirik:



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR