Azərbaycanlı alim Fazil Qasımovun Qubad İbadoğlu işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi təsdiqlənib. Azadmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Time TV-yə məlumat verilib.
Nazirlik bildirib ki, cinayət işi ilə əlaqədar axtarışda olan Fazil Qasımov Azərbaycana gətirilib:
“Fazil Qasımov Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həbs olunaraq istintaqa təhvil verilib”.
İstanbul şəhərində yaşayan Fazil Qasımov Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb. O, təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib. Hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.