AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Siyəzəndə Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş yarış keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 6-10-2023, 17:04

    Siyəzəndə Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş yarış keçirilib - FOTOLAR

    Siyəzən rayon Gənclər Evində təşkil olunan yarışda yuxarı sinif şagirdləri, gənc müəllimlər, müxtəlif sahələrdə çalışan gənclərdən ibarət 8 komanda iştirak edib.
    Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov yarışın keçirilməsində əsas məqsədin 125 illik yubileyi olan Azərbaycan kinosunun gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin olunmasıdır.

    Rəsmi hissədə çıxış edən digər qonaqlar – Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə təhsil sektorunun əməkdaşı Xalidşah Qədəşov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə sektorunun əməkdaşı Nuran Nurullayev bu kimi layihələrin Siyəzən gəncləri üçün təşkil olunmasının əhəmiyyəti barədə danışıb, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

    Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını “Müşfiq” komandası qazanıb və final mərhələsində iştirak etmək hüququ əldə edib. Yarışda ikinci və üçüncü yerləri müvafiq olaraq “Gənclik” və “Vətən” komandaları tutub. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.

    Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin icra etdiyi “25-ci kadr-KinoMƏNlərin intellekt savaşı” adlı layihə çərçivəsində keçirilən turnirlərin Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında da təşkil olunması planlaşdırılıb.












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR