Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanğın Gədəbəy rayonunun Ermənistanla sərhəddə yerləşən Çiçəkli və İvanovka kəndləri yaxınlığında baş verib.
Meşə Təsərrüfatının İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov hadisə yerinə gedib.
Hazırda Regional Meşə Təsərrüfatı Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının yaxınlıqdakı meşə ərazisinə keçməsinin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.