Azadmedia.az xəbər verir ki, günlərdir Xırdalanda yaşayan sakinlər poçtun qarşısında yaranan zibillik barədə şikayət etsə də, Abşeron Rayon İcra Hakimiyyəti heç bir tədbir görmür. Poçtun yanındakı yaşayış binasında yaşayan sakinlər bildirir ki, sözügedən yerə zibil qutuları qoyulub, vaxtında təmizlənmədiyindən əhalisi sıx olan ərazidə belə ürəkbulandırıcı mənzərə əmələ gəlir. Sual olunur, dünyada və ölkəmizdə pandemiya təhlükəsinin davam etdiyi bir şəraitdə yaşayış binasının və poçt şöbəsinin qarşısında zibil qutularının nə işi var?
Ümidvarıq ki, Abşeron Rayon İcra Hakimiyyəti zibil maşınının sürücüsünü işdən çıxarmaqla məsələni bitmiş hesab etməyəcək, ya zibil qutuları üçün münasib yer tapılacaq, ya da qutuların sayı artırılaraq zibilin vaxtında daşınması təmin olunacaq. Mövzuya qayıdacağıq. Məqalədəki foto sözügedən ərazidəki ürəkbulandırıcı mənzərəni əks etdirir.
Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.