XI sinif şagirdi tərəfindən biabırçı hərəkət törədilib. Bir qrup qız, digər qızın başında yumurta sındırıb, saçını kəsib, alnına əxlaqsız söz yazıb videoya çəkib sosial şəbəkədə yayıblar. Hadisə barədə 156 nömrəli tam orta məktəb məlumat yayıb. Azadmedia.az-a daxil olan məlumatda qeyd edilir ki, məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.
Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.
Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.