AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Oriqami” Uşaq və Yeniyetmələr İB 295 № li məktəbdə tədbir keçirib - FOTOLAR

  • + A
  • - A
  • 21-02-2024, 02:30

    “Oriqami” Uşaq və Yeniyetmələr İB 295 № li məktəbdə  tədbir keçirib - FOTOLAR

    “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 16 fevral 2024-cü il tarixində Nardaran qəsəbəsi 295 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsi çərçivəsində böyük tədbir keçirib.


    Layihə rəhbəri Namiq Nəcəfov bildirib ki, layihənin icrasına 01 dekabr 2023-cü ildən başlayaraq Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9 tam orta məktəbin kontinqenti sirasından könüllülük prinsipi əsasında, qabiliyyət və bacarıqları ilə seçilən, çalışqan, intizamlı şagirdlər qoşulmuşdular.

    16 fevral 2024-cü il tarixində, layihənin İcra Planına uyğun olaraq, Nardaran qəsəbəsi 295 № li tam orta məktəbin Akt Zalında böyük tədbir təşkil olumuşdu. Zala xüsusi bədii tərtibat verilmiş,səhnədə elektron lövhə və proyektor qoyulmuş, “Heydər Əliyev -100 il” böyük həcmli yazının zövqlə, rəngli maketi hazırlanmışdı. Məktəbin kitabxana fondunda saxlanılan Ulu Öndərə həsr olunmuş maraqlı albomlar, kitablar, xatirələrı masa üzərində sərgilənmişdi.

    Tədbirdə rəsmən 110 nəfərdən artıq şagird və pedaqoji heyətin üzvlərinin iştirakı qeydə alınmışdı. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, layihə iştirakçıları 1 dəqiqəlik sükutla Azərbaycanın suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini yad etdilər. Ulu Öndərin əziz xatirəsinə olan dərin ehtiramı əks etdirən oçerkə - internet resursdan əldə edilmiş informasiya çarxına baxış keçirildi. “Heydər Əliyev və mənim gözəl paytaxtım “ layihəsinin 295 № tam orta məktəbdə icrası ilə əlaqədar olaraq məktəbin direktoru Dilarə Cəbrayılova çıxış etdi.

    O, çıxışında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin razılığı ilə və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə təhsil oçağında “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin icrasını məktəbin ictimai həyatında mühüm və əhəmiyyətli hadisə kimi qiymətləndirdi.

    Tədbirdə layihə rəhbəri Namiq Nəcəfov çıxış edərək, bundan sonra da ictimai tədbirlərin keçirilməsində şagirdləri fəal olmağa çağırdı. O,bildirdi ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun 17-ci qrant müsabiqəsi çərçivəsində Sabunçu rayonunda 3 qəsəbəni əhatə etrməklə 9 təhsil ocağında keçirilir. O. layihənin Nardaran qəsəbəsi 295 № tam orta məktəbdə uğurla başa çatması ilə əlaqədar olaraq məktəbin rəhbərliyinə Təşəkkürnamə təqdim etdi. Tədbirdə şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər söylədilər, rəqs ifa etdilər, məktəbin xor dərnəyinin üzvləri bir-neçə mahnı oxudular. Şagirdlərin çıxışları tədbir iştirakçıları tərəfindən maraqla dinlənildi və dəfələrlə alqışlandı.

    Tədbirin sonunda 295 № tam orta məktəbin Məktəbdənkəhar və sinifdənxarıc tərbiyə işi üzrə təşkilatçısı Zülfiyyə Rəşidova, UBTR Dürdanə Novruzova, Layihə rəhbəri N.Nəcəfov layihəyə qoşulmuş məktəbin 18 şagirdinə fəal iştirakına görə hədiyyə dəstləri - tərkibində loqolu hədiyyə çantası, loqolu Sertifikat, loqolu papaq ,loqolu dəftərçə, loqolu qovluq, loqolu qələm və loqolu bayraq təqdim etdilər, onlara təhsildə və məktəbin ictimai həyatında müvəffəqiyyətlər arzuladılar.

    Tədbirdə məktəbin pedaqoji kollektivinin üzvləri Abdullayeva Gülmira, Sadıqovq Sevda, Aliyeva Rubabə, Allahverdiyeva Jalə iştirak etmişlər.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR