AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Binəqədidə işıqpulu borcuna görə məktəbin işıqları kəsildi - Yeniləndi

  • + A
  • - A
  • 26-02-2024, 08:40

    Binəqədidə işıqpulu borcuna görə məktəbin işıqları kəsildi - Yeniləndi


    Qeyd edək ki, xəbər dərc olunandan az sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələyə operativ müdaxilə etdi. Əvvəl məktəbə işığın verilməsi generatorla təmin edildi, sonra eleltrik enerjisinin verilişi tam bərpa olundu.

    ***

    Yeni iş həftəsinə şaxtalı günlə başladıq. Təəssüf ki, belə şaxtalı havada Binəqədi rayonunda yerləşən 335 Nömrəli Tam Orta Məktəbin bütün kollektivi qaranlıqda, buz kimi otaqlarda qalıb. Cümə günündən məktəbdə işıq yoxdu. İşıqpulu borcu olduğu üçün işıqların kəsildiyi bildirilir.
    Yeri gəlmişkən, o məktəbdə Məktəblinin Dostu yoxdur. Valideynlər xahiş edir ki, o məktəbə də məktəbli dostu göndərilsin, narahatedici hadisələr baş verməsin, uşaqlar nəzarətdə olsun. Valideynlərdən öyrəndik ki, o məktəbin direktoru da yoxdu.
    İnanırıq ki, Azadmedia az-ın məlumatı ictimailəşdirməsindən sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi hərəkətə keçəcək. İşıqpulu borcu ödənəcək, xəstəliyin tüğyan etdiyi bir vaxtda müəllim-şagird kollektivi isti otaqda dərs keçəcək. Məktəbə direktor təyini və Məktəblinin Dostunun sözügedən məktəbdə fəaliyyətinin təmin olunması diləyi ilə mövzuya qayıdacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR