“Təmas-Sərvi” Məhdud Məsuliyyətli Cəmiyyəti “Zorakılığa məruz qalmış region qadınlarının dərziçilik və sosial sahibkarlıq bacarıqlarının artırılması” təşəbbüsü çərçivəsində həssas vəziyyətdə olan qadınlar üçün Şəxsi inlikaf və Maliyyə savadlılığı təlimləri təşkil edir.
“Təmas – Sərvi” MMC-nin direktoru Kubra Ələkbərova bildirib ki, bu fəaliyyət çərçivəsində “Təmas” Regional İnkişaf İctimai Bilriyinin ofisində Azərbaycan Respubliasınn Mərkəzi Bankının təşəbbüsü ilə Maliyyə Savadlılığı təlimi təşkil edildi. “İstehlakçı büdcəsi” mövzusuna həsr edilmiş təqdimat Mərkəzi Bankın iş deportamenti Maliyyə Savadlılığı şöbəsinin əməkdaşı Lamiyə Qafarova tərəfindən təqdim edildi. Tədbirin sonunda Mərkəzi Bankın maliyyə savadlılığını artırmaq üçün hazırladığı elektron resurslar haqqında məlumat verildi.
QHT sədri Südabə Məmmədova təşkil olunan təlimin əhəmiyyətini qeyd edərək bildirdi ki, təşəbbüsün benefisarları olan qadınların maliyyə savadlılığı komponentlərinə dair əldə etdikləri biliklər onların büdcələrini düzgün planlaşdırmağa, maliyyə risklərini nəzərə almaga, düzgün maliyyə davranışı formalaşdırmaga, o cümlədən maliyyə streslərindən uzaq olmaga, bununla da daha məhsuldar fəaliyyət göstərməyə kömək edəcəkdir.
Qeyd edək ki, təşəbbüs Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.