Hindistanda daşqın nəticəsində 150 nəfər itkin düşüb
Hindistanın Uttarakxand ştatında buzlağın sürüşməsinin səbəb olduğu daşqın nəticəsində 150-dən çox insan itkin düşmüş hesab edilir.
"Qafqazinfo" xəbər verir ki, bu barədə NDTV telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. İtkin düşənlərin çoxu təbii fəlakətin əsas zərbəsinə tuş gələn “Rişiqanqa” su elektrik stansiyasının işçiləridir.
Telekanalın məlumatına görə, nəhəng buz kütlələri Himalayın dağ çaylarına düşərək yüksək dağlıq rayonlarda daşqınlara səbəb olub.
Daşqınla əlaqədar su elektrik stansiyalarından aşağıda yerləşən yaşayış məntəqələrindən əhalinin təxliyəsinə başlanılıb, əraziyə xilasedicilər göndərilib.