ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 14-də Brüsseldə görüşəcək.
AzadMedia.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, görüş NATO-ya üzv ölkələrin dövlət başçılarının sammiti çərçivəsində baş tutacaq.
Görüş zamanı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.