AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Vaksin gəldi, bazar bağlandı” - Ən iri əlcək istehsalçısı tənəzzüldədir

  • + A
  • - A
  • 20-09-2021, 18:50


    Dünyanın ən iri tibbi əlcək istehsalçısı, Malayziyanın “Top Glove” şirkətinin səhmləri bu il 50% ucuzlaşıb.

    Şirkət ötən həftəsonu açıqlamasında koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərinin çoxusu ləğv olunduqdan sonra satışların da azaldığını bildirib.

    İyun-avqust ayları ərzində satışlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 32% azalaraq, 2,1 milyard Malayziya ringgiti (501 milyon dollar) təşkil edib. Mənfəət isə 48% azalaraq, 145 milyon dollara düşüb.

    Azalmanın əsas səbəbləri sürətli vaksinasiya və karantin tədbirlərinin yumşaldılmasından sonra tibbi əlcəklərə tələbatın azalması və ABŞ-ın əmək standartlarında yol verilən ciddi pozuntulara görə şirkətin məhsullarına tətbiq etdiyi idxal qadağasıdır.

    Xatırladaq ki, 1991-ci ildə qurulmuş Top Gloves hazırda Malayziya, Tayland, Çin və Vyetnamda 50 zavoda, 800 istehsal xəttinə və 22 min işçiyə malikdir. 195 ölkəyə, o cümlədən Azərbaycana məhsul ixrac edən Top Gloves-un bazar dəyəri ötən il 290%, mənfəəti isə 400% artıb. Təkcə 2020-ci ilin son rübündə mənfəət 20 dəfə artaraq, 590 milyon dollar təşkil edib.

    Mənbə: Marja


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR