Almaniyada sentyabrın 26-da Bundestaqa seçkilər keçiriləcək.
AzadMedia.az "ZDF" telekanalına istinadən xəbər verir ki, seçkilərdən sonra kansler postunu tərk edəcək Angela Merkelin varisinin kimliyi ilə bağlı sorğu keçirib.
Respondentlərin əksəriyyəti seçkilərə 3 gün qalmış kansler postunda Sosial-demokrat Olaf Şoltsu gördüklərini bildiriblər.
Rəyi soruşulanların 475-i onun adını çəkib. Növbəti yerlərdə Merkelin dəstəklədiyi Armin Laşet (20%), və Annalen Berbok (16%) qərarlaşıb.
17% respondent isə kimi seçəcəkləri ilə bağlı qərarsız qaldıqlarını deyiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.