Bazar günü Yəmənin Ədən şəhərində minalanmış avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb.
Azadmedia.az "TASS"a istinadən xəbər verir ki, ölənlərin hamısı mülki şəxslərdir.
Partlayışda daha 5 nəfərin yaralandığı bildirilib.
Məlumata görə, bomba yüklü avtomobil şəhər rəhbərliyinin kortejini hədəf alıbmı. Avtomobil Ədənin mərkəzindəki Təvahi rayonunda partladılıb.
Qubernatorun hədəf alındığı hücumda vəzifəlilərin heç biri yaralanmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.