ABŞ prezidenti Co Bayden Avropa ölkələrinə səfər edəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.
Onun sözlərinə görə, dövlət başçısı 29 oktyabr – 2 noyabr aralığında Vatikan, İtaliya və Şotlandiyanı ziyarət edəcək.
Bildirilib ki, o, Roma Papası ilə görüşün ardından, Böyük İyirmilik sammitində iştirak edəcək.
Daha sonra Bayden BMT-nin İqlim Dəyişikliyi Çərçivə Sazişi tərəflərinin 26-cı Konfransının açılışında iştirak etmək üçün Şotlandiyaya yollanacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.