ABŞ-ın Texas ştatında cinayətkarlarla polis arasında silahlı insident baş verib.
Azadmedia.az “CNN” telekanalına istinadən xəbər verir ki, hadisə ştatın Hyuston şəhərində qeydə alınıb.
Atışma nəticəsində 1 polis əməkdaşı öldürülüb, 2-si yaralanıb.
Şəhər polis idarəsi rəisinin köməkçisi Ceyms Consun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları, yəqin ki, barlardan birinin yaxınlığında küçə soyğunçularını həbs etmək istəyib: “Polislər şübhəli şəxsi tutmağa və ya saxlamağa çalışıblar. Bu zaman digər şəxs polisə arxadan yaxınlaşaraq silahdan bir neçə atəş açıb”.
Yaralılar xəstəxanaya yerləşdirilib. Silahlı şəxsin axtarışları davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.