AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Taliban"dan edam edildiyi deyilən idmançı ilə bağlı açıqlama

  • + A
  • - A
  • 25-10-2021, 11:43


    "Taliban" hərəkatı 20 yaşlı gənc idmançı Mahcabin Hakiminin başının kəsilərək edam edilməsi barədə məlumatı təkzib edib.

    Bu barədə məlumatı "Taliban" hökuməti tərəfindən təyin olunan Əfqanıstanın Milli Olimpiya Komitəsinin Prezidenti Nazar Məhəmməd Motmain açıqlayıb.

    "İdmançının talibançılar tərəfindən öldürülməsi barədə xəbərlər yalan və böhtandır", - deyə Motmain vurğulayıb.

    Qeyd edək ki, bir müddət əvvəl Əfqanıstanın gənclərdən ibarət voleybol üzrə yığmasının 20 yaşlı idmançısının edam edilməsi barədə məlumat yayılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR