Ermənistanda karantin rejimi 2022-ci ilin iyunun 20-dək uzadılıb.
AzadMedia.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti noyabrın 11-də keçirilən iclasda qərar qəbul edib.
Bildirilir ki, son günlərdə artan yoluxma və ölüm sayının rekord həddə çatması erməniləri narahat edib. Bu gün keçirilən iclasda isə bu ilin sonunda bitməsi gözlənilən karantin rejiminin daha 6 ay uzadılması qərarına gəlinib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.