Dekabrın 7-də ABŞ Prezidenti Cozef Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında qorunan videoəlaqə vasitəsilə görüş keçiriləcək.
Bu barədə Ağ Evdəki mənbəyə istinadən "Reuters" agentliyi xəbər yayıb.
Məlumata əsasən, C.Bayden görüş zamanı V.Putinlə Ukrayna ilə bağlı vəziyyəti və bir sıra digər məsələləri müzakirə etmək niyyətindədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.