AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2,6 min rus və Belarus rəsmilərinə sanksiya tətbiq edildi

  • + A
  • - A
  • 8-05-2022, 21:00

    2,6 min rus və Belarus rəsmilərinə sanksiya tətbiq edildi


    Amerika Birləşmiş Ştatları Ukraynada insan hüquqlarını pozduğuna və suverenliyə xələl gətirdiyinə görə daha 2,6 min Rusiya və Belarus rəsmisinə qarşı sanksiya tətbiq edib.

    AzadMedia.az ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, sözügedən şəxslər Amerikaya girə bilmək hüququndan da məhrum olunub.

    Bundan əlavə, ABŞ hökuməti Amerika vətəndaşlarına və şirkətlərinə Rusiya firmalarına audit, konsaltinq və marketinq sahəsində xidmətlər göstərməyə qadağa qoyub.

    Birləşmiş Ştatlar həmçinin Birinci Kanal, Rossiya-1, NTV-yə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib, qadağa onlara avadanlıqların verilməsinə, eləcə də Amerika şirkətlərinin orada reklam yerləşdirmə imkanlarına təsir edəcək.

    Sberbank rəhbərliyinin səkkiz nümayəndəsinə və Qazprombank-ın daha 27 nümayəndəsinə qarşı sanksiyalar, habelə Moskva Sənaye Bankı və onun on törəmə müəssisəsinə qarşı məhdudiyyətlər tətbiq edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR