“Taksi” filminin baş qəhrəmanı Özbəkistana səfər edəcək
Fransa kinematoqrafiyasının istehsalı olan “Taksi” filminin baş rol ifaçısı Sami Naseri “İpək yolunun mirvarisi” 15-ci Daşkənd Beynəlxalq Film Festivalında qonaq olacaq.
Qeyd olunur ki, 15-ci Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimində “qırmızı” xalça ilə ənənəvi gəzinti olacaq. Bundan başqa, Sami Naseri pərəstişkarları ilə yaradıcılıq görüşündə də iştirak edəcək.
Məlumat üçün əlavə edək ki, Daşkənd Beynəlxalq Film Festivalı sentyabrın 29-dan oktyabrın 2-dək keçiriləcək.
Burada Avropa ölkələrinin filmlərinin nümayişi, həmçinin türkdilli və MDB ölkələrinin kinoforumu keçiriləcək.
Mənbə: kinonews.ru