Əldə edilən məlumata görə, Vaşinqton və Brüssel Ermənistan rəhbərliyini KTMT-dən çıxmağa razı salırlar".
"Azadmedia.az" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
"İrəvanı KTMT-dən çıxmaqla yanaşı, həm də Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini nəzərə almadan NATO ilə əməkdaşlığı sürətləndirməyə, hərbi-texniki əməkdaşlığın istiqamətini dəyişməyə və Bakı ilə sülh müqaviləsi imzalamağa inandırırlar", - deyə Zaxarova qeyd edib.
O, bu günlərdə amerikalı siyasətçilərin, xüsusən də USAID-in rəhbəri Samanta Pauer, dövlət katibinin köməkçisi Yuri Kimin və Senat nümayəndə heyətinin fəal səfərlərinə diqqət çəkib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.