Cümə axşamı axşamı Gürcüstan paytaxtında etirazçılar yenidən küçələrə çıxaraq Rustaveli prospektini bağlamaq üçün toplaşıblar. Polis cəhdin qarşısını alıb, bir nəfər saxlanılıb.
6 noyabrda Tbilisidə etiraz iştirakçıları Rustaveli prospektində nəqliyyatın hərəkətini bağlamağa çalışıblar, polis müdaxilə edib.
Sputnik Georgia-nın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların Rustaveli prospektini bağlamasının, yolda sərbəst hərəkətin qarşısını alıblar. Aksiya çərçivəsində bir nəfər polis əməkdaşlarının tələblərinə tabe olmadığı üçün saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.