AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Prezidenti: Sülh şəraitində yaşamağa öyrəşirik, bu, xoş hissdir

  • + A
  • - A
  • 21-01-2026, 10:59

    Azərbaycan Prezidenti: Sülh şəraitində yaşamağa öyrəşirik, bu, xoş hissdir

    “Sülh şəraitində yaşamağa öyrəşirik, bu, xoş hissdir. Hiss edirsiniz ki, müharibə artıq yoxdur, əlavə qurbanlar yoxdur, qan artıq tökülmür. Siz xalq, ölkə və inkişaf, rifah, sabitlik üçün daha çox işlər görə bilərsiniz”.

    Bunu Prezident İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbulu zamanı deyib.

    “Yenə də düşünürəm ki, Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılaşma və bu cür mötəbər şəxslərdən ibarət qrupun verdiyi qiymət həqiqətən göstərir ki, sülhə nail olmaq üçün sizdə güclü siyasi iradə lazımdır. Bunu ürəkdən arzulamalısınız. Bunu sözdə yox, əməldə etməlisiniz. Bu cür səylər dəyərləndirildiyi halda Siz daha da həvəslənirsiniz və qlobal xəritədə insanların hələ də müharibədə öldüyü digər yerlərə də sülh mesajını verirsiniz”, - dövlət başçısı vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR