AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev Davosda Nikol Paşinyanla qısa söhbət aparıb

  • + A
  • - A
  • 22-01-2026, 23:27

    İlham Əliyev Davosda Nikol Paşinyanla qısa söhbət aparıb

    Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla qısa söhbət edib. Bu barədə məlumat yanvarın 22-də Ermənistan baş nazirinin rəsmi saytında yerləşdirilib.
    Bildirilir ki, görüş Davos İqtisadi Forumunun kuluarlarında baş tutub. Tərəflər arasında aparılan söhbətin detalları hələlik açıqlanmır.
    Qeyd edək ki, bundan bir gün əvvəl Nikol Paşinyan Ermənistan parlamentində çıxışı zamanı gələcəkdə Azərbaycan və Ermənistanın enerji sistemlərinin birləşdiriləcəyini bildirib. Onun sözlərinə görə, perspektivdə hər iki ölkənin enerji sistemləri qarşılıqlı ixrac və idxal imkanlarından bərabər şərtlərlə istifadə edəcək


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR