AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa İttifaqında rus diplomatlarının hərəkət qaydaları sərtləşdirildi

  • + A
  • - A
  • 28-01-2026, 19:50

    Avropa İttifaqında rus diplomatlarının hərəkət qaydaları sərtləşdirildi

    Rusiyanın Kopenhagendəki səfiri Vladimir Barbin RİA Novosti agentliyinə açıqlamasında bildirib ki, Danimarka Xarici İşlər Nazirliyi Rusiya səfirliyini Avropa İttifaqı daxilində rus diplomatlarının hərəkətinə yeni məhdudiyyətlərin tətbiqi barədə rəsmi şəkildə məlumatlandırıb.
    Diplomatın sözlərinə görə, 23 yanvar tarixində Danimarka Xarici İşlər Nazirliyi Rusiya tərəfinə bildirib ki, digər Aİ ölkələrində akkreditə olunmuş Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşları, eləcə də onların yetkin yaşda olan ailə üzvləri Danimarka ərazisinə səfər etməzdən və ya tranzit keçməzdən ən azı 24 saat əvvəl bu barədə Danimarka Xarici İşlər Nazirliyini məlumatlandırmalıdırlar.
    Yeni qaydalara əsasən, bu tələblər həm planlı səfərlərə, həm də tranzit keçidlərinə şamil olunur. Məhdudiyyətlərin tətbiqi Avropa İttifaqı çərçivəsində qəbul edilmiş ümumi qərarların tərkib hissəsi kimi qiymətləndirilir.
    Qeyd edək ki, 28 yanvar tarixində Danimarkanın Baş naziri Mette Frederiksen Avropa İttifaqı ölkələrini və ABŞ-ı “Rusiya təhlükəsi”nə qarşı daha sıx əməkdaşlığa və birgə mövqe nümayiş etdirməyə çağırıb. Onun bu bəyanatı regionda təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqların artdığını göstərir.
    Bununla yanaşı, Çexiya mətbuatı – Deník N və Seznam Zprávy nəşrləri yazır ki, Çexiya Xarici İşlər Nazirliyinin yeni rəhbəri Petr Matsinka rus diplomatlarının hərəkətinə daha sərt məhdudiyyətlərin tətbiqindən imtina edib. Jurnalistlərin məlumatına görə, 25 yanvar tarixindən Avropa İttifaqında qüvvəyə minən bu dəyişikliklərin təşviqi əvvəlki Çexiya hökumətinin dövründə həyata keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR