Ağdaşda sahibkarın haqqını kim yeyir? - Prezidentə müraciət olundu
Ağdaş şəhəri , Babək küçəsi ev/9-da yaşayan Abbasov Əliyar Hümmət oğlu redaksiyamızaşikayət ərizəsi ünvanlayıb. Narazı vətəndaş DİA.AZ-a yazır:
"Hal-hazırda Hacıyev Nemət Maarif oğlu və Gülnarə Məmmədovaya aid olan avtobuslar marşurut xətlərinə çıxaraq 1 və 2 saylı şəhər daxili marşurutun qrafik və saatlarını pozaraq özbaşınalıq edir , işləyən 13 ədəd qanuni avtobusların dayanacaqlarına müdaxilə edirlər və təhlükəyə yol açırlar. Bütün bunlar 5 saylı Yevlax Regional Departamentinin işçilərinin gözü qarşısında baş verir.Biz onlara sual verəndə ki, biz sahibkarlar qurub yaratdığımız işləri nə üçün dağıdırsınız?Onlarda bizlərə deyirlər ; "Onları yuxarıdan tapşırıblar , onlar nə yolla olsada burada işləyəcəklər".Gülnarə Məmmədova Nəqliyyat Nazirliyinə getdiyini , yaxşı rüşvət verdiyini gizlətmir və deyirki ; " Azərbaycanda pulla hər şeyi həll etmək olur" və biz sahibkarlara qadınlığından istifadə edərək hədə-qorxu gəlir ki, "Sizləri tutduracağam".
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 5 saylı Yevlax Regional şöbəsində tez-tez rəislər dəyişərək müvəqqəti rəislər qoyurlar və buna misal olaraq bir neçə ay bundan əvvəl Əliyev Anar rəis əvəzedicisi olanda Ağdaş rayonuna gələrək bu avtobusları zorla marşurut xətlərinə salıb , qanunsuz - qrafiksiz əmir verdiki çıxın işləyin.Mən Anar Əliyevə sual verdim ki, belə şey olarmı qrafiksiz avtobuslar?Sürücülər arasında dava və ya qəza baş versə kim cavab verəcək?O, dediki "hamısı mənlikdir". Elə həmin günü Gülnarə Məmmədovaya aid olan avtobus xətt üzrə hərəkətdə olan digər avtobusu sıxışdıraraq qəza törətdi.O gündən Anar Əliyevin işini başqa yerə , yəni bizdə olan məlumata görə Gəncə şəhərinə göndəriblər.Prezidentə və Nəqliyyat Nazirliyinə teleqram və məktublar ünvanlamışıq.Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən belə bir cavab gəlmişdir ; "Bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına , Nəqliyyat Nazirliyinə ünvanladığınız eyniməzmunlu müraciətlərə əvvəllər də baxılmlş və 2016-cı il 18 iyul tarixli Kol-339(x) , 22 iyul tarixli Kol-339(x)1 və 06 sentyabr tarixli Kol-339(x)2 nömrəli məktublarla cavablandırılmışdır." Bildiririk ki, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə ünvanladığınız Ağdaş rayon sakini vətəndaş G.Məmmədovanın Ağdaş şəhərdaxili marşurutlarda daşıyıcı kimi fəaliyyət göstərməsi barədə müraciətinizə Dövlət Avtomobil Nəqliyyatı Xidmətində baxılmışdır".
Daha sonra DİA.AZ-a edilən şikayətdə bildirilir: "Müraciətdə qeyd edilən vət.G.Məmmədovanın Ağdaş şəhərdaxili marşurutlarda daşıyıcı kimi fəaliyyət göstərməsinin mümkünlüyü 2016-cı il 12 iyul tarixində onun iştirakı ilə Ağdaş rayonunda araşdırılmışdır.
Aparılmış araşdırma zamanı vət.G.Məmmədovaya Ağdaş şəhərdaxili 1 və 2 nömrəli avtobus marşurutlarında sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar, hərəkət cədvəli, interval və.s barədə ətraflı məlumat verilmiş və izah edilmişdir ki, bu marşurut xətlərində sərnişin axınına uyğun sayda avtobuslar fəaliyyət göstərir və əlavə avtobusların həmin marşurutlara cəlb olunmasına ehtiyac yoxdur.Vət.G.Məmmədovaya Ağdaş şəhərətrafı və şəhərlər arası marşurutlarda sərnişindaşıma fəaliyyəti göstərmək təklif olunmasına baxmayaraq, o, təklif olunan marşurut xətlərində işləməkdən imtina etmişdir.
Vət.G.Məmmədovaya "Avtomobil Nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respubıikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın tələbləri ətraflı izah olunmuşdur.
Bütün bunlara baxmayaraq , DANX Yevlax Regional şöbəsindən bizlərə təzyiq olunur və G.Məmmədovanın avtobusları marşurutların qarşısında qanunsuz və qrafiksiz hərəkət edir. Biz bu haqda yenidən Nəqliyyat Nazirliyinə teleqram və məktublar ünvanlamışıq yalnız bir cavab oda Dövlət Avtomobil Xidmətinin Yevlax Regional şöbəsindən gəlir. Sizin Azərbaycan Respublikası Prezidentinə və Nəqliyyat Nazirliyinə ünvanladığınız teleqramlara (08.11.2016-cı il tarixli) tərəfimizdən baxılmışdır. Bildiririk ki, vət.Məmmədova Gülnarə Yusif qızı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə marşurut xətti üzrə daşıyıcı kimi fəaliyyət göstərməsi barədə müraciət etmiş və mülkiyyətində olan avtobusun texniki vəziyyəti tələblərə cavab verdiyi dəqiqləşdirildikdən sonra Ağdaş şəhəri 1 və 2 nömrəli şəhərdaxili marşurut xəttində olan ehtiyat qrafik həmin daşıyıcının müvəqqəti istismarına verilmişdir.Həmçinin nəzərinizə çatdırırıq ki, 1 və 2 nömrəli marşurut xəttinin ehtiyat qrafikinə avtobusun buraxılması istismarında olan digər avtobusların qrafikinə mənfi təsir göstərməmişdir.Eyni zamanda bildiririk ki, avtobus marşurutunda xətt üzrə yaranan sərnişin axınına uyğun olaraq nəqliyyat vasitələrinin sayının tənzimlənməsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional qurumları tərəfindən həyata keçirilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildiririk ki, müraciətinizdə sahibkarlıq fəaliyyəti barədə iddialar və digər faktlar öz əksini tapmamışdır.
Maraqlısı odur ki, bütün şikayət və məktublar hamısı Yevlax Regional şöbəsinə göndərilir , onlarda özlərinə lazımi cavablar yazıb bizlərə göndərirlər.Buda olur şikayət məktubunun cavabı. Bəs niyə bunlardan soruşmurlar ki, bu işləri qurub-yaradan , öz ciblərinin xərcləri ilə yolları , yəni xətləri işə salan sahibkarlar harda qaldı.Azərbaycan Respublikasında sahibkarlara dəstək beləmi olur?iş hazır olanda kənardan gələnlər pul ilə xətlərə avtobuslar salacaq. Əgər xətlərə ehtiyat və əlavə avtobuslara ehtiyac olduğu halda biz sahibkarlara müraciət olunmalıdır.Mən bir neçə işçi ilə müqavilə bağlamışam , onların dolanışığını marşurut xətlərinin qazancı ilə təmin edirəm.Belə olduğu halda qazanc və maaşları azalmağa doğru gedir və böyük narazılıq əmələ gəlir. Yevlax Regional şöbəsinə dəfələrlə müraciət etmişik ki, əgər nəqliyyatın tənzimlənməsinə siz tərəfdən baxılırsa nəyə görə Ağdaş-Qəbələ , Ağdaş-Göyçay və.s marşurutlarında - avtobus xətlərində sərnişinlərə xidmət göstərilmir.Bizim qarşımıza bəhanə üçün müəyyən şərtlər qoyulur , avtomobillərimizin ili köhnə 1994-ci il mersedes olduğunu deyirlər , lakin bütün regionlarda bu avtomobillərdən istifadə olunur".
Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...