Bakının Bibiheybət qəsəbəsində yerləşən birinci “Jurnalistlər binası”nda koronavirusdan ölüm hadisəsi baş verib.
AzadMedia.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə bina sakinləri bildiriblər.
Belə ki, “Jurnalistlər binası”nın bir müddət öncə koronoavirus infeksiyasına yoluxmuş sakini, tanınmış fotoqraf, Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin Fotoillustrasiya şöbəsinin müdiri olmuş Fərman Bağırov həyatını itirib…
Bildirilir ki, mərhumun həyat yoldaşı da koronavirusdan əziyyət çəkir.
Qeyd edək ki, F.Bağırov 1936-cı ildə Bakıda anadan olub.
O, əmək fəaliyyətinə “Kommunist” qəzetində başlayıb, sonralar işini Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində davam etdirib…
F.Bağırov son vaxtlaradək “Azərbaycan” qəzetində Fotoillustrasiya şöbəsinin müdiri olub. Jurnalistikadakı xidmətləri 1969-cu ildə Ali Sovetin Fəxri fərmanı, “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə mükafatlandırılıb. Bir çox sərgi və müsabiqədə iştirak edərək diplom və fəxri fərmanlar alıb. 2005-ci ildə Prezident İlham Əliyev tərəfinfən “Tərəqqi” medalı ilə təltif edilib.
84 yaşlı F.Bağırov bir neçə ay öncə təqaüdə çıxıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.