Azərbaycanda yeni təmirdən çıxan yol çökdü - FOTO
Qobustanda yeni təmir olunmuş yol çöküb.
Dominant.az xəbər verir ki, hadisə Bədəlli-Poladlı avtomobil yolunda qeydə alınıb.
Çökməyə yolun yerləşdiyi ərazidə baş verən torpaq sürüşməsi səbəb olub.
Sürüşmə nəticəsində yolun altı metrlik hissəsi dağılıb. Yeni çəkilmiş yolun asfalt örtüyü çöküb, bəzi nöqtələrdə iri çatlar yaranıb.