“Telegram”ın milyonlarla istifadəçisinin məlumatları ələ keçdi
“Telegram”ın bir neçə milyon istifadəçisinin məlumatları şəbəkəyə sızıb.
Bu barədə “Kod Durova” səhifəsində xəbər verilib.
Təxminən 900 MB-lıq baza “darknet” forumlarının birində görüntülənib. Bu, istifadəçi adı və telefon nömrələrini öyrənməyə imkan verir.
Hal-hazırda məlumatları ələ keçən istifadəçilərin dəqiq sayı məlum deyil.