AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azad Əsgərov ermənilərlə qarşılaşmalarından danışdı - VİDEO

  • + A
  • - A
  • 18-07-2020, 15:00

    Azad Əsgərov ermənilərlə qarşılaşmalarından danışdı - VİDEO


    Azərbaycan MMA, Pankration və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərovun Oxu.Az-a bildirdiyinə görə, o, vaxtilə güləşlə məşğul olub və bir neçə dəfə erməni idmançılarla qarşılaşıb:

    “1987-ci ildə – 16 yaşımda klassik güləş üzrə yeniyetmələrin SSRİ çempionatının finalında erməni idmançısı ilə qarşılaşmışam. Onu 15:4 hesabı ilə məğlub etmişdim. Bundan bir il sonra Qubadlıda sərbəst güləş üzrə Azərbaycan çempionu oldum.

    O vaxt yunan-Roma güləşçiləri sərbəst güləş yarışlarında iştirak edə bilirdi. Bu yarışdan sonra Volqoqrada getdim. Orada da erməni idmançısını məğlub etdim. Nə məsələdirsə, o vaxtlar ermənilərlə tez-tez üz-üzə gəlirdim”.

    Sonda Azad Əsgərovun Aqon Akopyanla qaydasız döyüşdə qazandığı qələbəni diqqətinizə çatdırırıq:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR