France Football” nəşri 2020-ci ildə koronavirus pandemiyasına görə “Qızıl top” mükafatının verilməyəcəyini açıqlayıb.
Bu barədə jurnalın “Twitter” hesabında qeyd olunub.
Nüfuzlu fərdi mükafatın təltif edilməsi tarixi ərzində ilk dəfə 2020-ci ildə “Qızıl top” sahibini tapmayacaq.
Nəşr qeyd edib ki, uzunmüddətli fasilə və bəzi ölkələrdə mövsümün vaxtından əvvəl başa çatması namizədləri obyektiv qiymətləndirməyə imkan vermir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.