"Azərbaycanda koronavirisa qarşı mübarizə işində müsbət dəyişillik müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dəyişiklik deməyə əsas verir ki, görülmüş tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. Koronavirus xəstəliyi bundan sonra da nəzarətdə saxlanılacaq”.
Azadmedia.az saytına açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov qeyd edib ki, bu sözləri avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlərlə bağlı videoformatda keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Millət vəkili xüsusi vurğulayıb ki, COVİD-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan təcrübəsi bütün dünyada örnək təşkil edir. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün lazımi qabaqlayıcı kompleks tədbirlər görüldü. Məhz belə operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstəlik nəzarət altındadır. Bütün bu addımlar, əlbəttə, imkan verir ki, biz bu vəziyyətdən şərəflə çıxaq, insanlarımızı qoruyaq. Cənab Prezidentin müşavirədə dediyi sözlər dövlətin, ölkə Prezidentinin öz vətəndaşına olan münasibətini özündə dəqiq ehtiva edir: “bundan sonra da insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək. Mən bir daha qeyd etmək istəyirəm, - bunu dəfələrlə demişəm və Azərbaycan xalqı mövqeyimizi bilir, - bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır”.
Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə dövlət siyasətinin mərkəzində həmişə vətəndaş durur və cənab Prezident hər zaman vətəndaşın yanındadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.