AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat işə qarışdı: 1 əsrlik kəhriz bərpa olunur

  • + A
  • - A
  • 20-08-2020, 18:13

    Deputat işə qarışdı: 1 əsrlik kəhriz bərpa olunur


    Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Hacı Mir Qasım Ağanın 1914-cü ildə Gəncəyə çəkdirdiyi kəhrizin bərpa olunması ilə bağlı məsələni nəzarətə götürüb.

    Azadmedia.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib.

    Deputat bildirib ki, başçı məsələnin araşdırıldığını və gərəkən addımların atılacağını qeyd edib:

    “Hacı Mir Qasım Ağa kəhrizinin bərpasını cənab Prezidentin 23 iyulda ölkənin su təsərrüfatının mövcud vəziyyəti, qarşıda duran vəzifələr barədə keçirdiyi video-müşavirədə qaldırdığı məsələlərin həllinə bir töhfə olduğuna inanıram.

    Hörmətli Niyazi müəllimə operativ reaksiyası üçün təşəkkürümü bildirirəm. Hesab edirəm, bu kəhrizin bərpası həm şəhərdə içməli su üçün, həm də bir tarixi-mədəni abidə olmaq etibarı ilə qorunması baxımından çox önəmlidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR