Ölkədə daha bir tarixi abidə baxımsız vəziyyətdədir.
Kult.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Vəli Şükürov adlı sosial şəbəkə istifadəçisi paytaxtın Suraxanı rayonunun Əmircan kəndində yerləşən və 14-cü əsrə aid Nizaməddin məscidinin yaxınlığında çəkdiyi fotoları paylaşıb. Fotolardan aydın olur ki, məscid baxımsız vəziyyətdə olmaqla yanaşı, zibilliyə çevirilib.
Məsələ ilə bağlı saytımız Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu göndərib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.