AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ETSN: Azərbaycanda nərələrin sənaye ovu qadağan olunub

  • + A
  • - A
  • 28-08-2020, 18:16

    ETSN: Azərbaycanda nərələrin sənaye ovu qadağan olunub


    Azərbaycanda nərə balıqlarının sənaye ovuna icazə verilmir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.

    Onun sözlərinə görə, nərələrin ovuna yalnız elmi məqsədlərlə icazə verilə bilər:

    “Burada məqsəd dövlət proqramlarında nərənin sayının artırılması ola bilər. Nərələrin ovuna ona görə icazə yoxdur ki, buna yalnız Xəzər dənizinin Azərbaycan akvatoriyasında deyil, həm də digər Xəzəryanı ölkələrdə qadağa var.

    2011-ci ildən beş Xəzəryanı ölkənin mütəxəssisləri bir yerə toplaşıb və belə qərara alınıb ki, nərələrin ovuna qadağa qoyulmalıdır. Xəzəryanı ölkələrin bioloji resurslarının mühafizəsi üçün Komissiya fəaliyyət göstərir. Həm Azərbaycan, həm də digər Xəzəryanı ölkələrin mütəxəssisləri bu Komissiyanın üzvüdürlər. Onlar Xəzərin həm ümumi ekoloji problemlərini, həm də su resurslarının mövcud vəziyyətini təhlil edirlər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR