AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Artıq neçə aydır ki, dünya əhalisi COVID-19 pandemiyası ilə mübarizə şəraitində yaşayır.

  • + A
  • - A
  • 31-08-2020, 20:20

    Artıq neçə aydır ki, dünya əhalisi COVID-19 pandemiyası ilə mübarizə şəraitində yaşayır.

    Anar MƏMMƏDOV
    Milli Məclisin deputatı


    Dünyada pandemiyanın elan olunduğu ilk günlərdən möhtərəm Prezidentimiz
    İlham Əliyevin tapşırığı ilə və Onun nəzarəti altında genişmiqyaslı, kompleks tədbirlər
    həyata keçirilməyə başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması,
    ciddi karantin rejiminin tətbiq olunması kimi tədbirlər ilk günlərdən həyata keçirilir.
    Əminliklə deyə bilərik ki, virusla mübarizədə əldə etdiyimiz müsbət dinamika cənab
    Prezidentin pandemiyaya qarşı effektiv mübarizə strategiyasının nəticəsində əldə edilib.
    Pandemiya dövründə yeni səhiyyə ocaqlarının, həmçinin modul tipli xəstəxanaların
    açılması və koronavirus xəstələrinin ixtiyarına verilməsi, laboratoriyaların, tibbi
    avadanlıqların, dərman preparatlarının alınması, qoruyucu vasitələrin istehsalının təşkili,
    testlərin keçirilməsinə görə ölkəmizin dünya miqyasında qabaqcıl yerlərdə olması isə
    qürurvericidir.
    Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə əlaqədar daha üç ay
    fövqəladə vəziyyət elan edib. Doğrudur, bu şərti, tövsiyə xarakteri daşıyır. Lakin bu qərar
    COVID-19 infeksiyasının dünya üçün hələ təhlükə olaraq qaldığını göstərir. Digər
    ölkələrin təcrübəsinə də nəzər salsaq görərik ki, , yumşaldılmalara getdikcə virusun
    yenidən alovlanmaları baş verir. Cənub-Şərqi Asiya ölkələrində artıq üçüncü dalğa
    müşahidə olunur, o cümlədən Avropada, Yaponiyada və digər ölkələrdə epidemiyanın
    təkrar yayılması halları çoxalıb. Bəzi ölkələrdə isə yenidən sərhədlər bağlanır.
    Hazırda Azərbaycanda müşahidə olunan tendensiya dünya ölkələri üçün də
    xarakterikdir. O səbəbdən bəzi dövlətlər yenidən karantin rejiminin sərt formasına qayıdır.
    Bu isə o deməkdir ki, heç bir ölkə tam şəkildə özünü COVİD-19-dan sığortalamış hesab
    edə bilməz. Xəstəlik sərhədlər tanımır və hər gün izlədiyimiz fraqmentlər bəşəriyyətin
    gələcəyi üçün təhdid sayılan infeksiyanın acı nəticələrini ortaya qoyur. Ona görə də, dövlət
    vətəndaşın sağlamlığı naminə iqtisadi məsələləri bir qədər arxa plana atmaq
    məcburiyyətindədir. İnsanlar da mövcud vəziyyəti anlayışla qarşılamalı, qanunlara əməl
    etməli, kimsə özünü qanunlardan üstün saymamalı və indiki şəraitdə məsuliyyətsiz davranmamalıdır. Çünki pandemiya ilə səmərəli mübarizə aparmağın yolu insanların
    davranışı və məsələyə məsuliyyətlə yanaşması ilə sıx bağlıdır. Bununla bərabər, virusla
    mübarizədə səmərəli nəticə əldə edilməsi ictimai yerlərdə, iaşə müəssisələrində xəstəlikdən
    qorunmaq üçün qaydalara həmin obyektlərin sahiblərinin, vətəndaşların mütləq riayət
    etmələrindən də asılıdır. Başqa sözlə, hər bir şəxs sosial məsuliyyət daşıyaraq, özünü,
    yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və
    tələblərə ciddi yanaşmalı, ətrafındakıları da bu həqiqətin dərkinə yönəltməlidir. Əks
    təqdirdə, COVİD-19-la mübarizədə istənilən nəticənin gerçəkləşdirilməsi mümkün
    olmayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR