AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliyevin yunan səfirə söylədikləri... - Türk professor

  • + A
  • - A
  • 5-09-2020, 20:00

    Əliyevin yunan səfirə söylədikləri... - Türk professor

    Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi fikirlər Azərbaycanın Türkiyəyə göstərdiyi növbəti qardaşlıq dəstəyidir. Bundan qürur duyuruq. Fəxr edirik ki, Azərbaycan və Türkiyə hər zaman bir-birini tərəddüdsüz dəstəkləyir.

    Azadmedia.az xəbər verir ki, bu fikirləri AzərTac-a açıqlamasında Bozok Universitetinin dekanı, professor Kürşad Zorlu bildirib.

    Azərbaycan və Türkiyənin bütün məsələlərdə beynəlxalq hüququn tərəfdarı olduqlarını xatırladan Kürşad Zorlu deyib:

    “Türkiyənin Şərqi Aralıq dənizindəki bütün fəaliyyəti beynəlxalq hüquqa əsaslanır. Bu mənada, Prezident İlham Əliyevin Yunanıstanın səfirinə söylədiyi fikirlər bir tərəfdən Türkiyəyə qardaşlıq dəstəyidirsə, digər tərəfdən beynəlxalq hüquq normalarına, konvensiyalara hörmət və ehtiramdır. Azərbaycan və Türkiyə bir-birinin haqq işini müdafiə etməklə həm də beynəlxalq ictimaiyyətə sağlam münasibətlər nümunəsi göstərirlər.

    Professor qeyd edib ki, Azərbaycan torpaqlarının iyirmi faizini işğal altında saxlayan Ermənistanın təcavüzkar siyasətinə göz yummaq ədalətsizlikdir. O, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin heç vaxt dəyişməyəcəyini vurğulayıb.

    Kürşad Zorlu əminliklə bildirib ki, Azərbaycanın və Türkiyənin liderliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələr bundan sonra da davam edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR