AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qaz çəkilişində tarif qiymətlərinə yenidən baxılmalıdır

  • + A
  • - A
  • 10-09-2020, 14:29

    “Qaz çəkilişi ilə bağlı müəyyən texniki şərtlərin tarifləri çoxdur. Masallıda seçicilər deyir ki, bir qaz çəkilməsi üçün təyin olunan qiymət evin qiymətindən bahadır”.

    Azadmedia.az xəbər verir ki, bunu deputat Məşhur Məmmədov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. O bildirib ki, qaz çəkilişi dövlət tərəfindən edilir, yaxud kimsə bunun üçün ASAN Xidmətə müraciət edir: “Ancaq texniki şərt üçün tarif qiymətləri yüksəkdir. Mən bununla bağlı “Azəriqaz”a bir neçə dəfə müraciət etmişəm.

    Həmçinin nəzərə alaq ki, pandemiya dövrüdür. Rabitə xidmətləri ilə də bağlı kəndlərdə problem var. Uşaqlar demək olar ki, təhsildən kənar qalır. 3 aydır hər iki məsələylə bağlı qurumlara yazdığım məktuba nöqtə dəyişmədən eyni cavabı almışam. Məktubların heç birində dəqiq informasiya yoxdur. Bu da insanları dövlətçilikdən narazı salır. “Azəriqaz”la bağlı tariflərin dəyişilməsinə ciddi şəkildə nail olmalıyıq”.
    M. Məmmədov həmçinin çıxışında rayonlarda ciddi şəkildə həkim kadrlarına ehtiyac olduğunu vurğulayıb: “Demək olar ki həkimlərin çoxu 60 yaşını keçib. İndi onların yerinə gələcək kadr yoxdur. Demək olar ki, ginekoloqlar yoxdur. Mən təklif edirəm ki, Tibb Universitetində təhsil pulsuz olsun ki, tələbələr bitirdikdən sonra rayonlara geri qayıdıb işləsin”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR