AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat vətəndaşları arxayınlaşmamağa, qaydalara əməl etməyə çağırdı

  • + A
  • - A
  • 12-09-2020, 10:00

    Koronavirus pandemiyası ilə bağlı aylardan bəri davam edən narahatlığa, qorxu və təhlükəyə demək olar ki, artıq son qoyuldu. Sərt karantin rejimi tədricən aradan qaldırıldı. Bakı, Sumqayıt şəhərlərinə, həmçinin Abşeron rayonuna gediş-gəliş qadağası götürüldü, ictimai iaşə obyektlərinin fəaliyyəti bərpa olundu. Demək olar ki, normal həyat davam edir. Sanki böyük həvəs və ruh yüksəkliyi ilə bütün işlərə yenidən başlanılıb.
    Bu fikirləri Azadmedia.az saytına millət vəkili Əliabbas Salahzadə bildirib və qeyd edib ki, preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunub. Lakin karantin qaydalarının yumşaldılması vətəndaşları arxayınlaşdırmamalıdır. Unutmayaq ki, virusa yoluxanların sayı getdikcə azalarsa, digər qadağalar da aradan qaldırılacaq. Artıq hər birimiz bunun şahidiyik. Ona görə də mövcud vəziyyəti qoruyub saxlamaq üçün qaydalara əməl etməli, tibbi maskalardan istifadə etməli, məsafə saxlamalıyıq.
    Deputat onu da qeyd edib ki, hazırda dünyanın 300-ə yaxın ölkəsində COVID-19 infeksiyası ilə mübarizə aparılır. Əksər ölkələrdə həyata keçirilən tədbirlərə baxmayaraq, dünyada koronavirus daşıyıcılarının və dünyasını dəyişənlərin sayı getdikcə artır. Baş verənlər dünyanın pandemiya ilə mübarizəyə hazırlıqlı olmadığını göstərdi. Azərbaycan bu virusdan ən az itki verən ölkələrdəndir. Bunun da əsas səbəbi dövlətimizin başçısı Prezident İlham Əliyevin həmişə olduğu kimi insan amilinə verdiyi dəyərdir.
    Azərbaycanda virusla bağlı vəziyyət Prezident İlham Əliyev tərəfindən vaxtında və düzgün qiymətləndirildi, mühüm addımlar atıldı, lazımi tədbirlər görüldü.
    Dövlət başçısının tapşırığı ilə qısa müddət ərzində tikilmiş modul tipli xəstəxanalar pandemiya ilə mübarizədə mühüm rol oynadı. Qısa müddət ərzində paytaxtda və regionlarda modul tipli xəstəxana tikilib istifadəyə verildi. Bu xəstəxanaların açılışında dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı əhalinin sağlamlığının diqqət mərkəzində saxlanılmasından xəbər verir.
    Son olaraq Ə.Salahzadə diqqətə çatdırdı ki, vətəndaş olaraq bu gün hər birimiz həm dövlət başçımızın, həm də Birinci vitse-prezidentin insan amilinə verdiyi dəyərin bəhrəsini görürük. Sevindirici haldır ki, həyat tədricən öz əvvəlki axarına qayıdır. Lakin heç kim bundan arxayınlaşmamalı, tam normal həyata qayıtmaq üçün qaydalara ciddi əməl etməliyik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR