Dəm qazından üç nəfər zəhərlənib
Son yeddi gün ərzində dəm qazından üç nəfər zəhərlənib.
Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.
Həkim bildirib ki, son bir həftə ərzində şöbəyə müraciət edənlər arasında azyaşlılar olmayıb:
“Xəstəxananın Toksikologiya Şöbəsinə dərman zəhərlənməsi ilə altı nəfər, sirkə turşusu ilə iki nəfər, dərman mənşəli allergik reaksiya ilə iki nəfər müraciət edib. Zəhərlənənlər arasında ölən yoxdur”.
A.Maqsudov bir nəfərin də əqrəb sancması ilə müraciət etdiyini və məsləhət alaraq evə göndərildiyini bildirib.