Şəhid ailələrinə və hərbçilərə psixoloji yardım göstəriləcək
Azərbaycan Terapevtlər Asossasiyası EMDR hərbçilərə və şəhid ailələrinə əvəzsiz yardım göstərməyə hazırdır.
Asossasiyanın mesajında qeyd edilir ki, ekstremal vəziyyətlər - partlayışlar, döyüş əməliyyatları, itkilər, əzizlərinin ölümünü yaşayan insanların ilk üç ay ərzində psixoloji yardıma ehtiyacı var.
“Onlarda travma sonrası stres pozuqluğunu (TSSP) inkişaf edir. İnsanlar faciənin görüntülərini və səslərini unuda bilmir, davamlı olaraq özlərini günahlandırır, bu hadisələri yenidən yaşayır, kabuslar görür, baş və əzələ ağrıları yaşayırlar və s. Bütün bunlar insanın həyatını dözülməz edir. EMDR (Eye Movement Desensitization and Reprocessing - Göz Hərəkətı Desensitizasiyası və Yenidən İdarəetmə) Frensin Şapiro tərəfindən TSSP müalicəsi üçün hazırlanmış bir psixoterapiya metodudur. EMDR terapiya – ən sürətli, dərmansız kompleks müalicə üsuldur.
Onun yüzlərlə dərc olunmuş hesabatda və 20-dən çox nəzarət altında olan randomizə edilmiş sınaqlarda təsdiqlənib. 2013-cü ildə Dünya Səhiyyə Təşkilatı rəsmi olaraq EMDR-i travma sonrası stresin ən təsirli müalicəsi olaraq tövsiyə edib”, - deyə qeyd olunur.