AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edir

  • + A
  • - A
  • 20-10-2020, 22:00


    Ermənistanın Azərbaycanın suveren ərazi bütövlüyünü pozduğunu təsdiqləyən BMT-nin dörd qətnaməsi icra edilmirdi. Elə beynəlxalq ictimaiyyət də buna göz yumurdu. Lakin Azərbaycan Ordusu öz cəsarətli hərbi əməliyyatları ilə artıq bu qətnamələrin icrasına özü başlayıb.

    Əvvəlcə həmin dörd qətnamənin ümumi məğzinə baxaq:

    30 aprel 1993-cü il tarixli, 822 saylı qətnamə Kəlbəcərin işğalından sonra qəbul edilmişdi. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi.

    29 iyul 1993-cü il tarixli, 853 saylı qətnamə isə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdam və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. Bu qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi.

    14 oktyabr 1993-cü il tarixli, 874 saylı qətnamədə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazilərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı.

    Sonuncu - 12 noyabr 1993-cü il tarixli, 884 saylı qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamədə hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Sonda isə əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə də əməl edilməsi tələb olunurdu.

    Artıq Füzuli və Cəbrayıl rayonları geri qaytarılıb. Deməli, 874 saylı qətnamənin 2/3 hissəsini ordumuz icra etməyi bacarıb. Yaxın günlərdə Qubadlının azad olunması ilə demək olar ki, bu qətnamənin tələbləri icra olunmuş sayılacaq.

    Həmçinin, 884 saylı qətnamə də icra olunmuş sayıla bilər. Bu gün ölkə başçısı İlham Əliyevin Zəngilan rayonunun mərkəzinin (şəhərinin) işğaldan azad olunduğunu elan etməsi ilə bu qətnamənin tələblərinin hərb gücünə icra olunduğu təsdiqləmiş oldu.

    Biz tezliklə ilk iki qətnamənin də tələblərinin icra olunacağını görəcəyik. Və nəinki bu qətnamələrin, hətta beynəlxalq birliyini tam susqunluğu ilə işğal olunan Şuşa, Xocalı, Xocavənd, Laçın, Xankəndinin azad olunmasını görəcəyik. Buna da Ordumuz nail olacaq!!!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR