Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Gəncədə erməni terrorundan əziyyət çəkən insanlarla görüşüb.
AzadMedia.az - ın məlumatına görə, Ə.Əhmədov Gəncədə Ermənistanın raket atması nəticəsində dağılmış ərazidə olub.
Ə.Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, erməni terroru nəticəsində valideynlərini itirmiş uşaqların hər birinə YAP tərəfindən 300 manat məbləğində aylıq təqaüd təyin edilib.
Baş nazirin müavini qeyd edib ki, təqaüdün verilməsinə gələn aydan etibarən başlanılacaq və həmin uşaqlar 18 yaşına çatana qədər davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.