AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibə Qafarova miqrant problemində beynəlxalq təşkilatların təsirsizliyini səbəb kimi görür - FOTO

  • + A
  • - A
  • 24-11-2020, 20:16


    Beynəlxalq ictimaiyyətin səssizliyi və cəza tədbirləri görməməsi Ermənistanın 30 il boyunca Azərbaycan torpaqlarının işğalının davam etdirməsinə gətirib çıxarıb.

    Bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisi və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin birgə təşəbbüsü ilə bu gün keçirilən "Miqrant uşaqların qorunması və itkin düşən uşaqların xilas edilməsi" adlı beynəlxalq konfransda çıxışı zamanı ifadə edib.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentop və AŞPA Prezidenti Rik Daemsin də qatıldığı konfransda Milli Məclis sədri müzakirə edilən mövzunun beynəlxalq ictimaiyyət üçün əhəmiyyətindən və aktuallığından söz açıb. Sahibə Qafarova AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinə sədrlik etdiyi 2016-2018-ci illərdə də miqrant uşaqların problemlərini diqqət mərkəzində saxladığını, beynəxalq ictimaiyyətin bu məsələyə daha çox diqqət ayırmasına çalışdığını xatırladıb.

    Spiker, sözügedən problemin ciddiliyini ifadə edən bəzi rəqəmləri təbdir iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, 2018-ci ilin sonu etibarilə qlobal miqyasda 31 milyon uşaq öz doğma yurd-yuvalarından didərgin düşüb: "Təkcə 2014-2018-ci illər arasında 1600 miqrant uşaq həyatını itirib ki, bu da hər gün bir uşaq deməkdir və əminəm ki, reallıqda bu rəqəmlər daha qorxuncdur, çünki bir çox miqrant uşağın ölümü qeydə alınmır".

    Milli Məclisin sədri daha sonra BMT-nin 2020-ci ilin may ayında açıqladığı hesabatına diqqəti çəkib və bildirib ki, təkcə 2019-cu ildə 19 milyon uşaq münaqişələr və zorakılıq səbəbindən öz evlərini tərk etmək məcburiyyətində qalıb. Bu dünyada olan miqrantların 12 faizi deməkdir. Başqa sözlə, hər 8 miqrantdan biri uşaqdır: "Bu rəqəmlər qorxuncdur, son dövrlər COVID-19 pandemiyasının geniş vüsət alması isə vəziyyəti daha da qorxunc edir".

    Sahibə Qafarova AŞPA və digər beynəlxalq təşkilatların miqrant uşaqlarla bağlı problemə daha çox diqqət ayırmasından məmnun olduğunu ifadə etsə də, vəziyyətin yaxşıya doğru dəyişməməsindən təəssüfləndiyini bildirib. 2017-ci ilin oktyabr ayında "Avropada itkin düşmüş qaçqınlar və miqrant uşaqlar" adlı qətnamə layihəsinə imza atan 22 AŞPA üzvündən birinin özü olduğunu xatırladan spiker, bu sahədə görülən işlərin az effektiv olmasınının səbəbini "nəticə ilə mübarizə"də gördüyünü diqqətə çatdırıb. Səbəblər isə müharibələr, hərbi münaqişələr, iqlimlə bağlı çağırışlar, yoxsulluq və digər qlobal problemlərdir. Bunlara qarşı isə effektiv mübarizə aparılmır.

    Milli Məclis sədri Azərbaycanın da çoxsaylı qaçqın və məcburi köçkünlərə sahib olan və illər boyunca bu problemdən əziyyət çəkən bir ölkə olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə məruz qalmış və nəticədə 1 milyon qaçqın və məcburi köçkünün problemi ilə üzləşib: "Lakin bütün bunlara baxmayaraq, beynəlxalq ictimaiyyətin səssizliyi və Ermənistanın cəzasız qalması 30 il boyunca ölkənin 20 faiz torpaqları üzərində işğalının davam etməsi ilə nəticələndi".
    Spiker dolayısı ilə beynəlxalq ictimaiyyətin, xüsususilə də beynəlxalq təşkilatların səssizliyi və təsirsizliyinin son nəticədə qlobal xarakterli məsələlərin, o cümlədən miqrantlar probleminin daha da mürəkkəb hal almasına səbəb olduğunu ifadə edib.

    Sahibə Qafarova Suriya, İraq, Liviya, Yəmən kimi ölkələrdə və bütövlükdə Aralıq dənizi regionunda mövcud olan qeyri-sabitliyin də, bunun Türkiyəyə üçün yaratdığı çətinliklərin də beynəlxalq təşkilatların fəaliyyətinin effektsizliyinin nəticəsi olduğunu dilə gətirib. Hazırda Türkiyənin ancaq Suriyadan 3,6 milyon nəfərə evsahibliyi etdiyini xatırladan spiker, buna görə Türkiyənin ən böyük təşəkkürə layiq olduğunu, lakin beynəlxalq ictimaiyyətin oturub düşünməli olduğunu vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR