AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

370 minə yaxın fermer öz payızlıq əkinlərini bəyan edib

  • + A
  • - A
  • 28-12-2020, 16:19



    Payızlıq əkinlərin bəyanı ilə əlaqədar bölgələrdə fermerlərə aqrar səyyar xidmətlərin göstərilməsi davam edir

    Modern.az xəbər verir ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində payızlıq əkinlərin bəyanı davam edir. Bəyan prosesinin sürətləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları vasitəsilə bölgələrdə vətəndaşlara səyyar xidmət göstərilir.

    Növbəti belə xidmət Göygöl rayonunun Qırıxlı kəndində təşkil olunub. Kənd sakinləri mikroavtobuslara yaxınlaşaraq EKTİS-də öz payızlıq əkinlərini bəyan ediblər. Səyyar xidmətin təşkili zamanı növbə sistemi təşkil olunur, Aqrar İnkişaf Könülllüləri Təşkilatının üzvləri tərəfindən fermerlərə tibbi maska paylanılır, onların müraciətləri qeydə alınır.

    Səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.

    Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov jurnalistlərə bildirib ki, səyyar xidmətlər bölgələr üzrə qrafik əsasında təşkil olunur: “2020-ci ildən aqrar subsidiyalar elektron sistem üzərindən verilir. Fermerlər subsidiya almaq üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz əkinlərini bəyan etməlidir. Artıq 2021-ci ilin subsidiyaları üçün EKTİS-də payızlıq əkinlərin bəyanı prosesi yekunlaşmaq üzrədir. Bugünədək EKTİS-də 370 minə yaxın fermer öz əkinini bəyan edib. Payızlıq əkin bəyanına əsasən, sistemdə elektron ərizə formalaşır. Elektron ərizədə fermerin aqrar fəaliyyətinə dair məlumatlar, torpaq sahəsi və payızlıq əkin məlumatları, ödəniləcək subsidiyanın miqdarı yer alır. Fermer ərizəni təsdiq edənədək məlumatlarda dəyişiklik edə bilər. Elektron ərizə təsdiqləndikdən sonra məlumatların monitorinqi həyata keçirilir. Monitorinqlər başa çatdıqdan sonra subsidiya məbləği müraciət edən şəxsin “Fermer kartı”na köçürülür”.

    Vüqar Hüseynov bildirib ki, fermerlər 2020-ci ildə ödənilmiş subsidiya vəsaitlərinin “Fermer Kartı”nda qalmış hissəsindən gələn il də istifadə edə biləcəklər: “Bunun üçün fermerlərin “Fermer kartı” aktiv olmalıdır. Əgər fermer öz adına açılmış “Fermer Kartı”nı bankdan götürüb və aktivləşdiribsə, kartda qalmış vəsaitdən gələn il də istifadə edə biləcək. Fermer kartı bankdan götürməyibsə, yaxud da götürüb, aktivləşdirməyibsə, kartdakı vəsait silinəcək. Bu səbəbdən fermerlərə müraciət edərək adlarına açılmış “Fermer kartı”nı bankdan götürərək aktivləşdirməyə çağırırıq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR