AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili və başçı şəhid ailələrinə və qazilərə sovqat göndərdi

  • + A
  • - A
  • 29-12-2020, 10:41


    Millət vəkili Anar Məmmədovun və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun adından şəhid və qazi ailələrinə sovqatlar verilib.

    Görüşlərdə şəhid ailələrinə, əlil və müharibə iştirakçılarına göstərilən dövlət dəstəyindən danışılıb, Ali Baş Komandanımız möhtərəm cənab Prezidentimiz İlham Əliyevin əsrin dörddə birindən çox davam edən münaqişəni 44 gün ərzində həll etdiyini, öz qanı və canı bahasına Vətən torpağının müdafiəsinə qalxanların, həmçinin onların ailələrinin Möhtərəm Cənab Prezidentimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunduqları vurğulanıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib.

    Şəhid ailələri və müharibə iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR